08:17 / 17-06-2025
Varşava preventiv tədbirlərə əl atır
08:11 / 17-06-2025
Vaşinqton Tehranla danışıqlara tələsir
08:03 / 17-06-2025
Şakira: “ABŞ-da mühacir olmaq daim qorxu deməkdir”
07:51 / 17-06-2025
ABŞ Milli Təhlükəsizlik Şurası təcili Ağ evdə toplanır
07:44 / 17-06-2025
Kiyevə hücum: çoxmərtəbəli binalar dağılıb, ölən və çoxlu yaralı var - Foto
07:02 / 17-06-2025
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
06:47 / 17-06-2025
Kəşfiyyat agentliyinə qadın rəhbərlik edəcək
22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
12:20 / 16-06-2025
İran hipersəs raketlərindən istifadə edir
11:37 / 16-06-2025
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb - Video
11:14 / 16-06-2025
Xəzər dənizində zəlzələ olub
11:06 / 16-06-2025
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
10:48 / 16-06-2025
Zelenski-Tramp görüşü Kanadada olacaq
10:38 / 16-06-2025
İran İsrailə məxsus təyyarəni vurub
10:34 / 16-06-2025
Pənah Hüseyn sədr səlahiyyətini müavininə həvalə edib - Foto
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
10:01 / 16-06-2025
İran prezidenti: "Biz nüvə silahına can atmırıq"
09:58 / 16-06-2025
İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib
08:47 / 16-06-2025
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
08:23 / 16-06-2025
İran İsraili zülmətə qərq edib
00:13 / 16-06-2025
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

18:49 / 13-06-2025

21:38 / 12-06-2025

17:43 / 13-06-2025

11:37 / 16-06-2025

08:47 / 16-06-2025

17:51 / 12-06-2025

17:09 / 12-06-2025

Bakı və İrəvan arasında ilk: özləri razılaşıblar
Tarix: 22-04-2024 12:00 | Bölmə: Slayd

Azərbaycanla həmsərhəd bir neçə kəndin sakinləri aprelin 19-u axşam saatlarından etibarən ölkələrini Gürcüstanla birləşdirən yolu bağlayır və Ermənistan təhlükəsizlik qüvvələrinin ərazini minalardan təmizlənməsinə mane olur. Onlar yaşadıqları ərazidə İrəvan və Bakının sərhədin delimitasiyası ilə bağlı razılığa gəlməsindən sonra bu addımı atırlar. O cümlədən, ermənilər 30 il ərzində faktiki olaraq Tavuş vilayətinin tərkibində olan, lakin sovet xəritələrinə görə Azərbaycan SSR-ə məxsus 4 kəndin ərazisini qonşularına verməlidirlər.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Ermənistan və Azərbaycan hakimiyyətinin birgə bəyanatına görə, aprelin 19-da tərəflər Ermənistanın Bağanıs, Voskepar, Kirants və Berkaber kəndləri ilə azərbaycanlıların yaşadığı Bağanıs Ayırım, Aşağı Əskipara kəndləri arasında sərhədin çəkilməsinə dair razılığa gələ biliblər. Xeyrımlı və Qızıl Hacılı sərhədinin ətraflı təsviri 2024-cü il mayın 15-dək tərtib edilməlidir. Üstəlik, bu sahədə təmas xətti bu proses başa çatdıqdan sonra deyil, lap əvvəlindən delimitasiya edilmiş sayılacaq.
Bundan əlavə, bu il iyulun 1-dək İrəvan və Bakı bütün sərhədin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti ilə bağlı layihəni razılaşdırmağa söz verirlər. Üstəlik, bunu Ermənistan hakimiyyətinin istədiyi kimi, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq edəcəklər. Aprelin 22-də Rusiya Federasiyasında gözlənilən Azərbaycan prezidenti İlham Əliyev yəqin ki, Moskvada bu barədə danışacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan soydaşlarını böyük gözləntilərdən çəkinməyə çağırıb, lakin yenə də bunun vacibliyini vurğulayıb. “Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll ediblər”.
Beynəlxalq ictimaiyyət əldə olunan razılaşmanı yüksək qiymətləndirib.
“Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət irəliləyiş yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”, - Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel vurğulayıb ki, saziş Brüsseldə Ermənistan-Azərbaycan danışıqlarının əsas elementi olan Alma-Ata Bəyannaməsinə əsaslanır. ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken də eyni addımı ataraq, davamlı və layiqli sülh sazişinin bağlanması istiqamətində addım atıldığını deyib.
Ermənistanla sərhəd kəndlərinin sakinlərinin ən azı bəziləri bütün bunlardan ilhamlanmayıb. Məsələn, Kirants kəndində sərhəd məktəbdən 100 metr aralı olmalıdır. Yerli sakinlər deyirlər ki, onlar övladlarını Azərbaycan sərhədçilərinin yaxınlığına oxumağa göndərməyə qorxurlar. Eyni zamanda, Paşinyan demarkasiya xəttinin müəyyənləşdirilməsindən sonra Rusiya sərhədçilərinin bölgədən çıxarılacağını bildirib.
Narazıları sakitləşdirmək üçün Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Kirantsa gəlsə də, yerli veteranlardan biri onunla az qala dalaşacaqdı. Etirazçıları Erməni Apostol Kilsəsinin nümayəndələri və parlament müxalifəti dəstəkləyir. İnsanlara deyirlər ki, İrəvanın Bakıya verdiyi torpaqlar əslində, ermənilərindir, ona görə də onları qorumaq lazımdır. Bundan əlavə, hakimiyyət əleyhdarları ermənilərlə azərbaycanlıların, prinsipcə, bir yerdə yaşaya bilməyəcəyi fikrini dəstəkləyirlər.
“Dörd kəndin Azərbaycana qaytarılması və sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanması regionda sülh quruculuğu prosesinə təkan verəcək. Cənubi Qafqazda yeni mərhələ başlayır. Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurması fonunda aprelin 19-da əldə olunan razılaşmalar hamının xeyrinədir. Sərhədin təsdiqi qonşu ərazilərdə yaşayan ermənilərin və azərbaycanlıların təhlükəsizliyinə hər hansı təhlükəni aradan qaldıracaq. Növbəti mərhələ Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşdirilməsi olacaq”, - “Atlas” Azərbaycan Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu NG-yə bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi 30 ildən çoxdur ki, iki xalq bir-birini bir çox stereotiplər prizmasından görməyə vərdiş ediblər. Bundan əlavə, təxminən altı ay əvvəl “Dağlıq Qarabağ Respublikası” özünü ləğv edib. Keçmiş “DQR” liderləri, o cümlədən keçmiş “baş nazir” və məşhur xeyriyyəçi Ruben Vardanyan Azərbaycanda həbsdədirlər. Ötən gün o, yaxınlarına zəng edərək aclıq aksiyası keçirdiyini, həbsxana işçiləri isə ona nə oxumağa, nə də Xankəndidən olan digər həmkarları ilə ünsiyyət qurmağa imkan verməyib.
“İndiki təmas xətti təsadüfən yaranmayıb. Birinci Qarabağ müharibəsi zamanı Ermənistana həyati əhəmiyyətli kommunikasiyaların: respublikanı Gürcüstanla birləşdirən yolların və qaz kəmərlərinin təhlükəsizliyini təmin etmək lazım idi. Öz növbəsində, azərbaycanlılar ərazini atəşə tutublar. Müvafiq olaraq, “mübahisəli ərazilər”in Bakıya verilməsindən sonra 30 il əvvəl həll edilmiş problem yenidən yarana bilər”, - deyə erməni politoloq Arşaluys Mqdesyan NG-yə izahat verib.
Bundan əlavə, o xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı və onun bitməsindən sonra ermənilərin öz hakimiyyətlərinə inamını sarsıdan məqamlar çox olub. Hakimiyyət ölkə üçün vacib olan məsələlərlə bağlı mövqeyini dəyişib, ona görə də indi insanlar Paşinyanın sona qədər dayanacağına əmin deyillər.
“Amma başqa bir misal da var: Sünik rayonunun Şurnux kəndi iki yerə bölünüb, bundan sonra orada erməni və azərbaycanlı sərhədçilər dayanıb. O vaxtdan bəri orada heç bir insident baş verməyib. Bu, bizə risklərin azaldılması ümidi verir”, - Mqdesyan vurğulayıb.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
15-06-2025, 12:59
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq