14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Xəbərdarlıq: nüvə müharibəsi təhlükəsi sovuşmayıb
Tarix: 22-04-2024 14:04 | Bölmə: Slayd
Xəbərdarlıq: nüvə müharibəsi təhlükəsi sovuşmayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir daha bəyan edib ki, əsas Qərb dövlətləri tərəfindən Ukraynaya dəstək “nüvə qarşıdurması riski yaradır”.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” yazıb.

S. Lavrov aprelin 22-də bildirib ki, ABŞ və NATO “Rusiyaya strateji məğlubiyyət vermək fikrinə aludə olublar”, bu isə nüvə təhlükəsini artırır, çünki söhbət nüvə dövlətlərindən gedir.

Lavrov Ukraynanın Qərb dövlətləri - ABŞ, Böyük Britaniya və Fransanın “nüvə üçlüyü” tərəfindən dəstəklənməsindən xüsusi narahatlığını ifadə edib və onları “müxtəlif təxribat xarakterli addımların əsas təşəbbüskarı” adlandırıb.

“Biz bunda ciddi strateji risklər görürük ki, bu da nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxarır... Qərb nüvə gücləri arasında birbaşa hərbi toqquşma astanasında təhlükəli şəkildə tarazlaşır və bu, fəlakətli nəticələrlə təhdid edir”, - deyə S. Lavrov əlavə edib.

Xatırladaq ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası aylarla davam edən müzakirələrdən sonra yaxın günlərdə Ukraynaya dəstək üçün maliyyə vəsaiti layihəsini təsdiqləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}