14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Zərərli isti dalğası güclənir
Tarix: 22-04-2024 18:36 | Bölmə: Slayd
Zərərli isti dalğası güclənir

Avropa getdikcə daha çox insan orqanizminin öhdəsindən gələ bilməyəcək qədər güclü istilərlə üzləşir.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) İqlim Monitorinqi Xidməti Kopernik və Ümumdünya Meteorologiya Təşkilatı bildirib.

İqlim hesabatında alimlər keçən ilin ekstremal şəraitini qeyd ediblər. Söhbət iyul ayındakı istilərdən də gedir. O zaman Cənubi Avropanın 41 faizi həddindən artıq isti stressi altında olub - bu, rekord şərtlər altına Avropanın böyük ərazisi düşüb.

Bildirilir ki, həddindən artıq istilər açıq havada işləyən insanlar, yaşlılar, ürək xəstəlikləri və şəkərli diabet kimi əvvəlcədən mövcud sağlamlıq vəziyyəti olan insanlar üçün xüsusi risk yaradır. Məsələn, ötən ilin iyul ayında İtaliyanın bəzi bölgələrində ölüm halları adi haldan 7 faizdən çox olub. Alimlərin fikrincə, son 20 ildə Avropada istidən ölüm halları təxminən 30 faiz artıb.

Keçən il rekordlar başlayandan bəri dünyanın ən isti ili olub. Avropa isə temperaturun ən sürətlə yüksəldiyi qitədir.

İstilər daşqınlar da daxil olmaqla, ekstremal hava şəraitinə də təsir edib. Bunun səbəbi, daha isti bir atmosferin daha çox nəm saxlaya bilməsi və daha çox yağışla nəticələnməsidir. Elə buna görədir ki, ötən il Sloveniyada 1,5 milyon insan daşqınlardan əziyyət çəkib.

Yunanıstan Avropa Birliyinin ən böyük meşə yanğınına məruz qalan ölkəsidir. Eyni zamanda Alp buzlaqları 2022 və 2023-cü illərdə qalan həcminin 10 faizini itirib.

2023-cü ildə həddindən artıq yüksək temperatur müxtəlif ölkələrdə, xüsusən də ənənəvi olaraq əsas turizm istiqamətləri arasında olan İtaliya, İspaniya, Yunanıstan və Türkiyədə meşə yanğınlarına səbəb olub.

Mütəxəssislər deyirlər ki, kondisionerlər istiyə qarşı davamlı həll yolu deyil. Dünya Bankının 2019-cu ildə dərc olunmuş hesabatına görə, kondisionerlər və soyuducular da daxil olmaqla, adi soyutma cihazları artıq bütün qlobal istixana qazı emissiyalarının 10 faizini təşkil edir.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}