14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
Tarix: 23-04-2024 14:10 | Bölmə: Slayd
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Füzuliyə daha 39 ailə - 150 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Reyting.az
xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

***

Aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 744 ailə, 2839 nəfərin daimi məskunlaşması təmin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}