Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir
Tarix: 24-04-2024 09:07 | Bölmə: Slayd
Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqindən gözlənilən genişmiqyaslı hücuma hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Independent" nəşri yazıb.

Məlumata görə, Amerikanın Kiyevə yardım paketini təsdiqləməsi Rusiyanın hücum hazırlıqlarını daha da sürətləndirib.

İddia olunur ki, indiki şəraitdə Amerikanın Kiyevə yardımı Ukrayna prezidenti Zelenskini və onun tərəfdaşlarını may-iyun aylarında gözlənilən Rusiya hücumundan qorumayacaq.

Qəzet yazır ki, hücum sürətini tam bərpa edən Moskva Qərbin tədarükünün çatmasını gözləmək niyyətində deyil və hücumlarını artırır. Ukrayna Silahlı Qüvvələrinin mayoru Taras isə deyib ki, ABŞ silahları ukraynalı müdafiəçilərə mümkün qədər tez çatdırılmalıdır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}