Rusiya Polşada yaradılacaq nüvə obyektlərinə hücum edəcək
Tarix: 25-04-2024 19:17 | Bölmə: Slayd
Rusiya Polşada yaradılacaq nüvə obyektlərinə hücum edəcək

NATO ölkələri Polşa ərazisində nüvə silahı yerləşdirdikdən sonra bu obyektlər ruslar üçün qanuni hədəfə çevriləcək.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov edib.

“Hazırda öz səbəbləri ilə Polşada və onun hüdudlarından kənarda belə bir sxemi yaxından müzakirə edən bütün siyasətçilər başa düşməlidirlər ki, bu istiqamətdə dəyişikliklər Polşaya təhlükəsizlik əlavə etməyəcək. Əksinə, müvafiq obyektlər mütləq hədəfə çevriləcək”, - Ryabkov bildirib.

Nazir müavini vurğulayıb ki, NATO-nun nüvə missiyasının genişləndirilməsi sabitliyi pozur və təhdid edir. Onun sözlərinə görə, Alyansın nüvə silahlarının Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşması təhlükəni daha da gücləndirir.

Qeyd edək ki, Polşa prezidenti Anjey Duda deyib ki, Polşa öz ərazisində nüvə silahının yerləşdirilməsi mövzusunu ABŞ-la dəfələrlə müzakirə edib.

Duda Rusiyanın Polşa və Baltikyanı ölkələr üçün yaratdığı təhdidləri və Putinin bu yaxınlarda Belarusa nüvə silahı yerləşdirdiyini də xatırladıb: “Əgər NATO təhlükəsizlik baxımından Polşada nüvə silahı yerləşdirmək qərarına gəlsə, Varşava buna qarşı olmayacaq. Biz buna hazırıq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}