Sədərəkdə sursat partlayıb: iki nəfər həlak olub
Tarix: 28-04-2024 17:21 | Bölmə: Slayd
Sədərəkdə sursat partlayıb: iki nəfər həlak olub

Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub.

Reyting.a
z xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}