13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Putin yeni komandasını formalaşdırır - Siyahı
Tarix: 12-05-2024 23:26 | Bölmə: Slayd
Putin yeni komandasını formalaşdırır

Rusiya prezidenti Vladimir Putin Sergey Lavrovun yenidən xarici işlər naziri vəzifəsinə təyin edilməsini təklif edib.

Reyting.az
-ın xəbərinə görə, Rusiya Federasiya Şurası bir həftədən gec olmayaraq təqdim edilmiş namizədlərlə bağlı məsələyə baxılmasının nəticələri barədə prezidentə məlumat verməlidir.

Bundan əlavə, Rusiya prezidenti Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin, daxili işlər naziri Vladimir Kolokoltsevin, mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkovun, ədliyyə naziri Konstantin Çuyçenkonun, Aleksandr Bortnikovun isə Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə yenidən təyin olunmasını təklif edib.

Müvafiq namizədlər dövlət başçısı tərəfindən Federasiya Şurasına təqdim edilib.

Prezidentin təkliflərinə əsasən, Viktor Zolotov Rusiya Qvardiyasının rəhbəri, Dmitri Koçnev isə Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində qalacaq.

Aleksandr Linz Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəhbəri kimi fəaliyyətini davam etdirəcək. İdarə, xüsusilə, dövlətin və Rusiya Federasiyası Silahlı Qüvvələrinin idarəetmə mərkəzlərinin və digər xüsusi səfərbərlik vasitələrinin hazırlığının təmin edilməsinə cavabdehdir.




Bölməyə aid digər xəbərlər