13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İbrahim Rəisinin və digər şəxslərin cənazələri Təbrizə yola salınıb
Tarix: 20-05-2024 10:18 | Bölmə: Slayd
İbrahim Rəisinin və digər şəxslərin cənazələri Təbrizə yola salınıb

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və digər şəxslərin də olduğu helikopterin qəzasında həlak olanların cənazələri hadisə yerindən çıxarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib.

Onun sözlərinə görə, axtarış başa çatıb, cənazələrin hamısı sonrakı proseslər üçün Təbrizə yola salınıb.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti dünən helikopter qəzasında həlak olublar.

ELÇİN




Bölməyə aid digər xəbərlər