13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ermənistanda çevriliş planı: ölkədə kütləvi həbslər başlayır - Video
Tarix: 22-05-2024 15:59 | Bölmə: Slayd
Ermənistanda çevriliş planı: ölkədə kütləvi həbslər başlayır

Ermənistan Respublikasının İstintaq Komitəsi Qraç Gevondyanı ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşmaq ittihamı ilə həbs edib.

Reyting.az
xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, mayın 21-də polisə hakimiyyəti ələ keçirməyə hazırlıq barədə məlumat daxil olub.

Məlumata əsasən, Cinayət Məcəlləsinin 43-419-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanılıb.

“İlkin istintaq zamanı faktiki sübutlar əldə edilib ki, Gevondyan müxalif siyasi blokun nümayəndələri ilə yaxın münasibətdə olan və hökumət əleyhinə fikirlərə malik olmaqla istintaq tərəfindən müəyyən edilməmiş şəxslərlə birlikdə hakimiyyəti ələ keçirməyi qarşıya məqsəd qoyub. Beləcə, o, bir qrup şəxsin iştirakı ilə, zorakı üsullarla hökumətin, parlamentin və digər qurumların binalarını ələ keçirmək istəyib. Bunun üçün 2024-cü il mayın 26-na təyin edilmiş mitinqdən istifadə etmək niyyəti olub”,- İstintaq Komitəsinin məlumatında bildirilir.


Q. Gevondyan

Əlavə olunur ki, Gevondyandan asılı olmayan səbəbdən hakimiyyəti ələ keçirmək planını reallaşdırmaq mümkün olmayıb.

Bildirilir ki, bu işdə iştirak edənlərin dairəsinin aydınlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.



E. KAMAL




Bölməyə aid digər xəbərlər