13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Ermənistanda itaətsizlik aksiyası: kütləvi həbslər başlayıb - (Yenilənib) - Video
Tarix: 27-05-2024 11:50 | Bölmə: Slayd
Ermənistanda itaətsizlik aksiyası: kütləvi həbslər başlayıb - (Yenilənib)

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyalarını davam etdirir.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Ermənistan polisi ölkə boyu küçə və magistral yolları bağlayan 67 etirazçını saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, saxlanılanlar polisin qanuni tələblərinə tabe olmayanlardır.

Qeyd edək ki, səhər tezdən Ermənistanın müxtəlif ərazilərində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən vətəndaş itaətsizliyi aksiyaları keçirilir.

***

Ermənistandakı itaətsizlik aksiyaları zamanı saxlanılanların sayı artır. Son məlumata görə, artıq 137 nəfər saxlanılıb.

***

İrəvanda vətəndaş itaətsizliyi iştirakçılarının saxlanılması davam edir.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, polis əsasən, Abovyan küçəsi və Tiqran Mets prospektini bağlayan vətəndaşları saxlayır. Saxlanılanlar arasında “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da var.

Son məlumata görə, aksiyada 226 etirazçı saxlanılıb.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları səhər tezdən başlayıb. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan da bir gün əvvəl vəd etdiyi kimi yolu özü bağlayıb.



E. KAMAL




Bölməyə aid digər xəbərlər