Daha 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Tarix: 24-07-2024 10:25 | Bölmə: Slayd
Daha 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda növbədənkənar parlament seçkiləri çərçivəsində daha 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, 1200-ə yaxın müraciətin çoxu artıq təsdiqlənib.

MSK sədri əlavə edib ki, 950-ə yaxın müşahidəçi qeydə alınıb. “26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600-dən çox səlahiyyətli nümayəndəsi qeydə alınıb”, - M. Pənahov bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər