Kamala Harris: "Ciddi narahatlığımı Netanyahuya çatdırdım, biz susa bilmərik"
Tarix: 26-07-2024 10:38 | Bölmə: Slayd
Kamala Harris: "Ciddi narahatlığımı Netanyahuya çatdırdım, biz susa bilmərik"

ABŞ prezidenti Co Baydenin yarışdan geri çəkilməsindən sonra Demokratlar Partiyasından prezidentliyə namizəd olan vitse-prezident Kamala Harris Ağ evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, kameralar qarşısına keçən Harris Netanyahu ilə əhatəli görüş keçirdiklərini və Yaxın Şərqlə bağlı gündəmi dəyərləndirdiklərini bildirib.

Harris İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu və ABŞ-nın bu mövzuda İsrailə hər cür dəstəyi davam etdirəcəyini deyib:

"Ancaq bununla bərabər, son 9 ayda Qəzzada baş verənlər həqiqətən dağıdıcıdır. Baş nazir Netanyahuya Qəzzada humanitar fəlakətin və bu qədər günahsız mülki şəxsin ölümü ilə bağlı ciddi narahatlığımı çatdırdım. Qəzzada ən azı yarım milyon insan ciddi aclıqla üzləşib. Ölən uşaqları və aclıqdan çarəsiz qalan və təhlükəsizlik üçün yaşadıqları yerdən qaçan insanlara üzümüzü çevirə bilmərik. Bu əzablara özümüzü uyğunlaşdıra bilmərik, buna susa bilmərik.

Netanyahuya dedim, artıq Qəzzada atəşkəs razılaşması olmalıdır, bütün girovlar geri dönməlidir".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər