12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Qərb Azərbaycan ilə Ermənistanın sülh sazişi imzalamasını istəmir”
Tarix: 30-07-2024 13:40 | Bölmə: Slayd
Professor: “Qərb Azərbaycan ilə Ermənistanın sülh sazişi imzalamasını istəmir”

“Azərbaycan Ermənistanla münasibətlərini tam qaydaya salmaqda, sülh sazişi imzalamaqda maraqlıdır və bunun üçün əlindən gələni edir. Təəssüflər olsun ki, Şimaldakı bəzi dairələr bunu istəmir. Cənubda müəyyən dəyişikliklər baş versə də, ehtimal edirəm ki, onlar da sülh sazişində maraqlı deyillər. Sözsüz ki, Qərb də Azərbaycan və Ermənistan arasında sülhün olmasını, problemin tam aradan qalxmasını istəmir”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının ləngimə səbəblərindən danışarkən deyib.

C. Nuriyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) bilərəkdən qabardılır, gündəmə gətirilir, eyni zamanda Azərbaycan və Türkiyəyə müəyyən hücumlar edilir. Onun sözlərinə görə, Turan ideyasından da müəyyən dairələr narahat olur və bunun əksinə fəaliyyət göstərir.

“Düşünürlər ki, sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi işə düşəcək, beləcə, Azərbaycan və Türkiyə arasında quru xətt qurulacaq. Eyni zamanda Xəzərin üzərindən Orta Asiyaya çıxış buna əlavə olunacaq. Bəli, sözsüz ki, bu, kimlərisə narahat edir.

İkincisi, indi Çin iqtisdiyyatı sürətlə inkişaf edir. Çin öz mallarını daha ucuz və sürətli formada dünya bazarlarına çıxarmaqda maraqlıdır, o cümlədən də Rusiya. Bu fonda Zəngəzur dəhlizi olduqca böyük əhəmiyyət kəsb edir. Ancaq Fransa və ABŞ bunu qətiyyən istəmir, əksinə, Çinin inkişafının qarşısını almağa çalışırlar. Onlar narahatdırlar ki, Çin və Rusiya malları bu dəhlizdən keçərək dünyaya çıxa bilər”, - deyən C. Nuriyev əlavə edib ki, ABŞ iqtisadi maraqlarından irəli gələn mövqe tutur: “Yəni bu, daha çox maraq mövqeyidir. Bəli, sülh sazişini istəməyən, bunda maraqlı olmayan Qərb dövlətləridir”.

Professor iddia edir ki, Azərbaycanda keçiriləcək beynəlxalq tədbirə qədər ABŞ regionda münaqişənin qızışdırılmasında maraqlı olacaq: “İndi ölkəmizdə seçki prosesi başlayıb. Bizdə seçkilər ən demokratik formada keçirilsə belə, nəsə deyəcəklər. Bu mənada düşünürəm ki, biz Qərbə maksimum əsas və bəhanə verməməliyik. Çünki son 30 ildə onların hansı mövqedə olduqların bizə məlumdur”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər