12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kainatın son tarixini hesablayıblar
Tarix: 30-07-2024 18:13 | Bölmə: Slayd
Kainatın son tarixini hesablayıblar

Kainat əbədi deyil və buna müasir dünyanın elm adamları da inanır.

Reyting.az
xəbər verir ki, alimlər belə qənaətə gəliblər.

Elm adamlarının təqdim etdiyi yeni hesablamalar kosmosun mövcudluğunun ən böyük potensial müddətini göstərir. Onlar belə bir nəzəriyyə irəli sürürlər ki, zamanında baş verəcək proseslər nəticəsində əbədi olduğu güman edilən kainat, yəni kvant sahələri ilə birləşən bütün kosmos tamamilə dağılacaq.

"Popular Mechanics" elmi nəşrində dərc olunmuş yeni araşdırmada qeyd olunur ki, belə bir böyük sirri müasir elmin köməyi ilə çözən fiziklər uzun illərdir araşdırılan, tədqiq edilən ucsuz-bucaqsız kosmosun potensial ömrünü nəhayət tam dəqiqliklə hesablaya biliblər.

Nəşr daha sonra sanki bəşəriyyətə təsəlli verir: "Narahat olmağa dəyməz, çünki kainatın sonu tezliklə gəlməyəcək".

Tədqiqat müəlliflərinin izahına görə, kainat kvant sahələri ilə doludur və məlum olan həmin sahələrin çoxu boş, yaxud da sıfıra bərabərdir. Lakin kvant sahələrindən biri olan, alimlərin "Higgs" adlandırdığı sahə digərlərindən daha fərqli təsir bağışlayır, çünki elektronlar və kvarklar kimi bir çox əsas hissəciklərin kütləsinə olan nəzarət burada aydın müşahidə edilir. Alimlərin elmi nəticələrinə görə, bütün kvant sahələrindən fərqlənən "Higgs" sahəsinin artıq təsdiqini tapmış standart dəyəri sıfırdan böyükdür. Bu isə sübut edir ki, "Higgs" sahəsinin dəyərinin artırılması, yaxud da azalması elektronların, həmçinin də digər hissəciklərin kütləsini artıracaq, bəlkə də əksinə, azaldacaq. Elm adamlarının qənaəti belədir: "Sonsuz kainatdakı "Higgs" sahəsi əgər tamamilə sıfır olsaydı, bəlkə də bu hissəciklərin heç bir kütləsi olmazdı".

Fiziklər hesab edir ki, "Higgs" sahəsindəki tunellər daha yüksək enerji səviyyəsinə keçərsə, vəziyyət dəyişəcək və bu, kosmik çürüməyə səbəb olacaq. Kainatda mövcud olan hər bir nəsnə birdən-birə zərrəcik səviyyəsində dəyişib ağırlaşsa, eləcə də tamamilə yüngülləşsə, parçalanacaq ümumi bir tarazlıq qanunu pozulacaq. Bu isə o deməkdir ki, Yerin cazibə qüvvəsi birdən-birə kəskin şəkildə dəyişsə, proseslər Yer kürəsində baş verə biləcək hadisələrin daha geniş versiyasını yaradacaq, yəni katostrafik bir mərhələni keçməli olacaq. Alimlərin bununla bağlı yekdil rəyi belədir:

"Əbədi heç nə yoxdur - nə kainat, nə də insan daimidir. Unutmaq olmaz ki, mövcud, şüurlu bir varlıq olaraq bizim bədənimizdəki hər bir nəsnə, eləcə də planetdəki bütün canlıların bədənləri keçid dövrü nəticəsində, daha dəqiqi, kainatda baş verən bu proseslərin axarında və yaxud da xüsusi qravitasiya kontekstində tamamilə təkamül etmişdir. Lakin bunu da nəzərə almaq lazımdır ki, Kvant mexanikasına görə müəyyən vaxt, zaman çərçivəsində heç bir şey tamamilə konkret və dəqiq deyil. Çünki kosmos zamanımızın tənəzzülü çox uzun müddət ərzində, ilk baxışdan təsadüfi şəkildə baş verir, bu isə mürəkkəb riyaziyyata və hissəciklərin qarşılıqlı təsirinə əsaslanır. Elə buna görə də bu vəziyyətdə çürümə tuneldən qaynaqlanır və onun başvermə sürəti artıq müşahidə olunur".

Alimlər xatırladıblar ki, altı il öncə fiziklər Kvant tunelinə əsaslanaraq çox böyük bir yenilik ediblər. Bu elmi nəticənin özülündə isə fiziklər kosmos-zamanın son tənəzzülü barədə ilk təxminlərini ortaya qoyaraq, bunu hesablayıblar. Bundan əvvəlki hesablama sistemində illərin düzülüşü bir variant üzərində idi, yəni 10-dan 139-cu dərəcəyə qədər. Ancaq həmin dövrdən çox keçib və bu illər ərzində digər fiziklər də qeyd edilən rəqəmlərə yenidən baxaraq dəfələrlə hesablamalar aparıblar. Bu barədə belə izah verilir: "Bu variantsız rəqəmlərə qayıdış mütləq idi. Fiziklərin də əksəriyyəti düşünür ki, o vaxt təqdim edilmiş hesablamalarda yanlışlıq çoxdur. Bu, hər halda çox vacib bir addımdır, həm də söhbət az, yaxud da çox ola biləcək ehtimal edilən dəyərdən, son nəticəyə gətirəcək rəqəmlərdən gedir".

Beləliklə, fiziklərin yeni hesablamaları sonucda öz nəticəsini verib. Məlum olub ki, kosmosun tam tənəzzül dövrünün son təxminləri fərqli bir dərəcə göstərir, yəni 10-dan 794-cü gücə qədər. Bununla belə, elm adamları və uğurlu hesab edilən yeni araşdırmanın müəllifləri əldə etdikləri bu rəqəmlər ilə tamamilə kifayətlənmək istəməyiblər. Onlar əldə olunmuş yeni nəticəni növbəti dəfə, bir daha müzakirə etməklə hesablamaları yenidən nəzərdən keçirməyi qərara alıblar.

Nəşr yazır: "Fiziklər öz tədqiqatlarında universal vakuumun çürüməsinin ümumi bir riyazi modelində, həmçinin kainatın mövcudluğunun müddətində hesabatda əksini tapmış bir əmsala etiraz edirlər. Alimlərin fikrincə, bu amil "Higgs" kimi bəzi sahələrə hansı hesablamaların və xüsusilə də necə tətbiq olunduğuna təsir göstərən keyfiyyət ölçüsünə aiddir. Lakin nəticə yenə də dəyişmir və kainatın mövcud olmadığını göstərir. Yeni hesablamalara əsasən, elm adamları, eləcə də bu sahəni tədqiq edən fiziklər kainatın təxminən 10 ildən 790 ilə qədər parçalanacağını irəli sürürlər. Yəni riyazi cədvəldə 10 rəqəminin özünü 790 dəfə vurmaq lazımdır. Nəticə dəyərini isə təsəvvür belə etmək çox çətindir, çünki o, həqiqətən də böyükdür. Adi bir insanın nöqteyi-nəzərindən isə bu, sonsuzluqdur. Yəni hər şey bir günün içində bitə bilər".

Son olaraq fiziklər yeni açıqlamalarında xüsusi bir dəyişiklik olmadığını bildiriblər. Onlar düşünürlər ki, bu proseslər tədricən sürətlənsə belə, yenə də sonsuz kainatda "ləngimə" olacaq və hətta 13,8 milyard il sonra da kainatın yox olacağı gözlənilmir, çünki bu onun həmin zaman çərçivəsində mövcud olduğu bir müddətdir. Sonsuz kainatın əbədi mövcud olmayacağını xüsusi qeyd edən fiziklər də narahatlığa əsas olmadığını söyləyirlər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər