12:36 / 14-06-2025
Sabah yağış yağacaq
HƏMAS lideri Tehranda öldürülüb - (Yenilənib) - Foto
Tarix: 31-07-2024 09:40 | Bölmə: Slayd
HƏMAS lideri Tehranda öldürülüb - (Yenilənib)

HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Bildirilir ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.

Məlumata görə, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.

HƏMAS hadisə ilə bağlı bəyanat yayıb. Qeyd olunur ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin hücumu nəticəsində öldürülüb.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

***

İranın dövlət televiziyası bildirib ki, İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlibmiş.

Onu da qeyd edək ki, Haniyə Qətərdə yaşayırdı.

***

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə Rusiya və ABŞ reaksiya verib.

Reyting.az
-ın xəbərinə görə, adı açıqlanmayan Ağ ev (ABŞ) rəsmisi CNN-ə “İsmail Haniyənin İranda öldürüldüyü xəbərini eşitdik”,- ifadəsini işlədib.

Məsələ ilə bağlı rəsminin ətraflı məlumat vermədiyi qeyd edilib.

Qeyd edək ki, HƏMAS Hərəkatı və İran İnqilab Keşikçiləri Korpusunun verdiyi yazılı açıqlamalarda Haniyənin Tehrandakı iqamətgahına İsrailin hücumu nəticəsində öldürüldüyü bildirilib.

İsrail ordusu İranın paytaxtı Tehranda İsmayıl Haniyə hücumu şərh etməkdən çəkinib.

Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Haniyənin öldürülməsi bölgədə gərginliyi daha da artıracaq və bu, qətiyyən qəbuledilməz bir hərəkətdir.



ELÇİN




Bölməyə aid digər xəbərlər