12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hərbi qarşıdurma təhlükəsi: İran bölgədəki bütün ölkələri xəbərdar edib - Foto
Tarix: 05-08-2024 09:05 | Bölmə: Slayd
Hərbi qarşıdurma təhlükəsi: İran bölgədəki bütün ölkələri xəbərdar edib

İran prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsinin İsrailin böyük səhvi olduğuna diqqət çəkərək, “Sionistlərin bu təkəbbürü cavabsız qalmayacaq”,- deyib.

Reyting.az
xəbər verir ki, prezident Pezeşkian paytaxt Tehrana səfər edən İordaniyanın xarici işlər naziri Ayman əs-Safedini qəbul edib.

Pezeşkian görüşdə İranda rəsmi qonaq olan HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib və bu sui-qəsdi “İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvi” kimi qiymətləndirib.



Digər tərəfdən, İran diplomatik kanallarla bölgə ölkələrinə İsrailə qarşı cavab hücumuna müdaxilə etməyə çalışacaqları təqdirdə onların da hədəfə alınacağını çatdırıb.

İranın xarici siyasətində regionda və dünyada sabitliyin prioritet təşkil etdiyini bildirən Pezeşkian İsrailin fələstinlilərə qarşı hücumlarının dayandırılması üçün İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Onu da qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken İranın İsrailə hücum edə biləcəyini deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər