12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İsrail ordusu döyüşə hazır vəziyyətə gətirilib
Tarix: 05-08-2024 09:22 | Bölmə: Slayd
İsrail ordusu döyüşə hazır vəziyyətə gətirilib

İsrail ordusu “Hizbullah”a qarşı hərtərəfli hərbi əməliyyat planı hazırladıqlarını və vətəndaşlarına təhlükəsizlik xəbərdarlığının dəyişmədiyini bəyan edib.

Reyting.az
-ın xəbərinə görə, yeni xəbərdarlıq sistemi hazırladıqlarını bildirən İsrail ordusunun sözçüsü Daniel Hagari deyib ki, indiyə qədər vətəndaşlara verilən təhlükəsizlik xəbərdarlığında heç bir dəyişiklik yoxdur və bütün cəbhələrdə sayıqdırlar.

Digər tərəfdən, İsrail ordusundan verilən açıqlamaya görə, fövqəladə vəziyyətdə cib telefonları vasitəsilə işləyəcək yeni xəbərdarlıq sistemi işə salınıb.

Açıqlamada qeyd edilib ki, “Şəxsi Mesaj” adlanan yeni sistem təhlükə altında olan bölgələrdəki insanlara heç bir müdaxiləyə ehtiyac olmadan birbaşa mobil telefonlarına xəbərdarlıq mesajları almağa imkan verəcək.

Onu da qeyd edək ki, müharibə ərəfəsində olan İsrail öz sağlamlıq mərkəzlərini yer altına köçürməyə başlayıb.

Bu məqsədlə sərhədə yaxın Hayfa şəhərindəki xəstəxanalarda hazırlıqlar sürətləndirilib. İsrailin şəhərdəki Rambam xəstəxanası müharibəyə tam hazır vəziyyətdədir. Sözügedən xəstəxananın dayanacağı tamamilə təcili poliklinikaya çevrilib. Onlarla xəstə çarpayısının və təcili yardım avadanlıqlarının yerləşdirildiyi parkinq İsrailin təhlükəyə ciddi hazırlaşdığını ortaya qoyur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər