12:36 / 14-06-2025
Sabah yağış yağacaq
HƏMAS liderinə sui-qəsdi qadın təşkil edib? - Foto
Tarix: 05-08-2024 12:10 | Bölmə: Slayd
HƏMAS liderinə sui-qəsdi qadın təşkil edib?

Bəzi “Twitter” hesabları HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində 22 avqust 2022-ci ildə vəzifəyə təyin edilmiş “Mossad”ın “İran masası”nın rəhbərini məsuliyyətli hesab edir.

Reyting.az
“Entekhab”a istinadla xəbər verir ki, Şani Kuper hazırda da “Mossad”da “İran masası”nın rəhbəridir.

Xatırladaq ki, İsrail kəşfiyyat xidməti təyinat zamanı verdiyi açıqlamada bu qurumun tarixində ilk dəfə soyadının baş hərfi "K" olan qadını həssas bir posta, yəni “İran Ofisi”nə rəhbər gətirdiyini bildirmişdi.

Qurum “K.”-nın "İran təhlükəsinin bütün aspektləri ilə məşğul olmaq və təşkilatda əməliyyatlar, texnologiya və məlumatların İsrail ordusu və bütün təhlükəsizlik agentlikləri ilə inteqrasiyasına əmr vermək" strategiyasına cavabdeh və onun kəşfiyyat veteranlarından biri olduğunu bəyan edib.

Qeyd edək ki, “İran masası” rəhbəri “Mossad”da ən yüksək, ən mühüm və nüfuzlu vəzifələrdən biri sayılır.

“Mossad”-ın təqdimatında o da bildirilirdi ki, bu şəxs İsrail ordusu və digər təhlükəsizlik təşkilatları ilə əməkdaşlıqda birgə əməliyyatlar və s. işlər üzrə məsuldur.


Şani Kuper

Fələstin hüdudlarından kənarda casusluq və terror əməliyyatlarına cavabdeh qurumda yeni təyinatı o zamanlar keçmiş nazir Naftali Bennett yüksək qiymətləndirib.

Şani Kuper İsrailin Qana, Liberiya və Syerra-Leonedəki səfiri olub. O, qısa müddət İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini də tutub. “İran masası”na rəhbər təyin olunduğu zaman Kuper Afrikada səfir vəzifəsini icra edən yeganə qadın idi.

Şani Kuper “Haaretz” qəzetinin redaktoru və Tel-Əviv Universitetində siyasi elmlər üzrə dosent idi. Politologiya və jurnalistika üzrə bakalavr dərəcəsinə və Tel-Əviv Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə malikdir.

Onun “İran masası”na məsul təyin edilməsi “Mossad”ın İranla informasiya müharibəsində zəif tərəflərini düzəltməyə çalışdığı və İran üçün xüsusi prioritet göstərdiyi vaxtda baş verib. İsfahanda təxribat törətməli olan 4 “Mossad” agentinin həbs olunaraq edam edildikdə. Lakin “Mossad” xəbərlə manipulyasiya edərək əsas faktoru qeyd etmədən, “İran masası”na ilk dəfə məhz qadını təyin etməsini qabardıb. Əslində isə əvvəlki müdir işdən çıxarılmışdı.

Şani Kuper yeni təhlükəsizlik tənlikləri yaratmağa çalışan Naftali Bennettin qohumlarındandır. Bennettin özünün hazırladığı “minlərlə yaradan ölüm” strategiyasının uğursuzluğundan sonra o, “ahtapotun başına nişan alma” strategiyasını açıqlayıb. Bu o demək idi ki, “səkkiz ayaq”ın (İran – red.) başı hədəfə alınmalıdır. Naftali Bennettə yaxın kəşfiyyatçı qadınların rəhbər təyin edilməsi və vəzifəcə yüksəldilməsi “Mossad”da bu strategiya çərçivəsində növbəti addım kimi qiymətləndirilib.

Onu da qeyd edək ki, İsmayıl Haniyəyə sui-qəsd əməliyyatı ilə bağlı hələlik heç bir rəsmi və etibarlı mənbə Şani Kuperin məsuliyyətini təsdiqləməyib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər