12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Tərtər işi”: məhkəmə keçmiş hərbçilərlə bağlı qərar verib
Tarix: 05-08-2024 16:42 | Bölmə: Slayd
“Tərtər işi”: məhkəmə keçmiş hərbçilərlə bağlı qərar verib

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup hərbçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə verilmiş şikayətə baxılıb.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib, bundan öncəki qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesindəki hökmə əsasən, V. Ələsgərov 5 il 6 ay, R. Ələsgərov 9 il 6 ay, R. Niftəliyev 5 il 6 ay, R. Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.




Bölməyə aid digər xəbərlər