12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İran-İsrail qarşıdurması: 24 saat ərzində döyüşlər başlaya bilər
Tarix: 06-08-2024 09:45 | Bölmə: Slayd
İran-İsrail qarşıdurması: 24 saat ərzində döyüşlər başlaya bilər

İsraildən qisas alacağına söz verən İran hər an hücuma keçə bilər.

Reyting.az
“Axios”a istindla xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken ötən gün G7 ölkələrinin xarici işlər nazirlərinə İran və “Hizbullah”ın yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə “Beynəlxalq hüquq çərçivəsində hücum edəni cəzalandırmaq hüququmuz var”, - deyib: “Biz milli təhlükəsizliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq hüququmuzu mütləq və mübahisəsiz hüquq kimi görürük”.

Bildirilir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) generalı Maykl Erik Kurillanın bölgədəki təmaslarından sonra İran cavabını yumşaltmaqdan imtina edib.

ABŞ rəsmiləri İranın cavab hücumunun apreldə olduğu kimi, eyni ssenari üzrə, lakin daha əhatəli olacağını gözləyirlər.

“NBC News”-a danışan İsrail rəsmisi deyib ki, yaxın günlərdə İran və “Hizbullah”dan bir neçə gün davam edə biləcək raket və pilotsuz təyyarə hücumu gözlənilir. Hətta iddia olunur ki, İsrail İrana qarşı qabaqlayıcı hücuma keçə bilər. Bir çox ölkələr isə öz vətəndaşlarını Livan və İsraili tərk etməyə çağırıb.

Bu arada ABŞ qüvvələri terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Həsəkə vilayətindən 700 PKK/YPG terrorçusunu İranın dəstəklədiyi qrupların təmas xətti olan Fərat çayı yaxınlığındakı bazalarına köçürüb. Yerli mənbələrin məlumatına görə, ABŞ qüvvələri PKK/YPG və Sənadid qüvvələrinə aid 700 terrorçunu Hasəkənin Robarya, Rümeylan və Şəddadi bazalarından Fərat çayı yaxınlığındakı Koniko və Ömər neft yatağı bazalarında yerləşdirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər