12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İran Rusiyadan kömək istəyir
Tarix: 06-08-2024 10:19 | Bölmə: Slayd
İran Rusiyadan kömək istəyir

İran, İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib. Tehran Kremldən müasir hava hücumundan müdafiə sistemləri və radarlar istəyib.

Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” hərbi planlaşdırma ilə tanış olan İran rəsmilərinə istinadla məlumat yayıb.

Xatırladaq ki, avqustun 5-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu ölkənin yeni prezidenti Məsud Pezeşkian və İran silahlı qüvvələrinin komandanı, İsrailə qarşı hərbi zərbələrin planlaşdırılmasına rəhbərlik edən briqada generalı Məhəmməd Baqiri ilə görüşüb. Görüş zamanı İran lideri özünün strateji tərəfdaşı kimi Rusiya Federasiyası ilə münasibətləri dərinləşdirmək əzmində olduğunu bəyan edib.

“Rusiya çətin anlarda İran xalqına dəstək olan ölkələrdən biridir”,- nəşr qeyd edib.

İran prezidenti Pazeşkian iddia edir ki, İsrailin Qəzza zolağında cinayətkar hərəkətləri və keçən həftə Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi bütün beynəlxalq qanun və qaydaların pozulmasının bariz nümunələridir.

“Çoxqütblü dünyanın təşviqində İran və Rusiyanın birgə mövqeləri, şübhəsiz ki, daha böyük qlobal təhlükəsizlik və sülhə gətirib çıxaracaq”, - İran prezidenti bildirib.

Şoyqu qeyd edib ki, Rusiya regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər