12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Üç ölkə atəşkəs danışıqlarına başlamağı tələb edir - Bəyanat
Tarix: 09-08-2024 09:02 | Bölmə: Slayd
Üç ölkə atəşkəs danışıqlarına başlamağı tələb edir

ABŞ, Misir və Qətər İsrail və HƏMAS-ın 15 avqustda Qəzzada atəşkəs və əsir mübadiləsi üçün danışıqlara yenidən başlamasını tələb edilən bəyanatla çıxış ediblər.

Reyting.az
xəbər verir ki, bəyanatda yeni danışıqlar prosesinin Misirin paytaxtı Qahirədə və ya paytaxt Dohada başlamasına diqqət çəkilir.

“Qəzza xalqının və girovların uzun müddətdir ailələri ilə birlikdə çəkdikləri iztirablara dərhal son qoymağın vaxtıdır. Həmçinin atəşkəs, girov və məhbusları azad edəcək razılaşmanın əldə olunmasının vaxtı çatıb. Daha çox vaxt itkisinə yol verilməməli və tərəflərin heç birinin gecikdirməyə səbəb olacaq bəhanələri olmamalıdır”, - birgə bəyanatda belə deyilir.

Masada təklif olunan çərçivə razılaşması üçün komandalarla aylardır səy göstərildiyi vurğulanır və hazırda söz mövzusu olan çərçivə razılaşmasının həyata keçirilməsinin təfərrüatlarını müəyyən etməyin vacibliyi bildirilir.

Bəyanatda, çərçivə razılaşmasının ABŞ prezidenti Baydenin mayın 31-də açıqladığı təkliflərə əsaslandığı qeyd edilir.

Sənəddə qalan boşluqların bütün tərəflərin gözləntilərini qarşılayacaq şəkildə doldurmağa ehtiyac olduğu bildirilir, vasitəçi ölkələrin buna hazır olduqları qeyd edilir və vurğuanır ki, qalan boşluqların doldurulması üçün İsrail və HƏMAS gələn həftə çərşənbə və cümə axşamı Qahirədə və ya Dohaya dəvət olunur.

Y. QACAR




Bölməyə aid digər xəbərlər