12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Gəncədə yas mərasimində 111 nəfər zəhərlənib - (Yenilənib+)
Tarix: 11-08-2024 20:48 | Bölmə: Slayd
Gəncədə yas mərasimində 111 nəfər zəhərlənib - (Yenilənib+)

Gəncə şəhərində kütləvi zəhərlənmə baş verib.

Reyting.az
bildirir ki, hadisə yas mərasimlərindən birində qeydə alınıb.

Son məlumata görə, zəhərlənənlərin sayı 93 nəfərə çatıb və xəstələrdən bəziləri Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşlarından ibarət qrup əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə məlumat veriləcək.

***

Yas mərasimində zəhərlənənlərin sayı artıb.


Məlumata görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z. Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Daha 9 zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

***

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.


Məlumata görə, zəhərlənənlərin sayı 111 nəfərə çatıb.




Bölməyə aid digər xəbərlər