12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Şərur sakini minaya düşüb, vəziyyəti ağırdır - Yenilənib
Tarix: 12-08-2024 09:37 | Bölmə: Slayd
Şərur sakini minaya düşüb, vəziyyəti ağırdır

Şahbuz rayonunda çoban minaya düşüb.

Reyting.az
ölkə KİV-lərinə istinadla xəbər verir ki, mina partlayışı rayonun Kükü kəndi ərazisindəki Qanlıgöl yaylağı ətrafında olub.

Partlayış nəticəsində Şərur rayonunun Mahmudkənd kənd sakini 2005-ci il təvəllüdlü Soltanov Bəxtiyar İslam oğlu zərər çəkib.

B. Sultanov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.


Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

"Şahbuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib", - deyə məlumatda bildirilir.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər