12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bayden atəşkəs təklif edir
Tarix: 12-08-2024 08:16 | Bölmə: Slayd
Bayden atəşkəs təklif edir

ABŞ prezident Co Bayden CBS kanalına müsahibəsində Qəzzada atəşkəsi dəyərləndirib.

Reyting.az
xəbər verir ki, Bayden prezidentlik müddəti bitənə qədər Qəzzada atəşkəsin əldə edilməsinin mümkün olduğunu deyib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) dəstəklədiyi atəşkəs planı hələ də qüvvədədir.

Bayden bildirib ki, vəziyyətin regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün işləri davam etdirirlər.

Xatırladaq ki, Bayden mayın 31-də üçmərhələli atəşkəs planını açıqlayıb və bunun İsrailin təklifi olduğunu vurğulayıb. Qısaca olaraq, plana daimi atəşkəs, İsrailin bütün Qəzzadan çıxarılması, girovların və məhbusların qarşılıqlı azad edilməsi, köçkün fələstinlilərin Qəzzaya qaytarılması, humanitar yardımın fasiləsiz və adekvat çatdırılması və Qəzzanın yenidən qurulması daxildir.

İsrail baş naziri Netanyahu daha sonra məhbus mübadiləsi danışıqları ilə bağlı yeni şərtlər irəli sürüb. Bu şərtlər “silahlı fələstinlilərin cənubdan şimala qayıtmasının qarşısının alınmasını və İsrail ordusunun Qəzza ilə Misir arasındakı sərhəddə Filadelfiya dəhlizində saxlanmasını” nəzərdə tuturdu.

E. KAMAL




Bölməyə aid digər xəbərlər