12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Parlament seçkiləri: iki təşkilat  "exit-poll" keçirmək üçün qeydə alınıb
Tarix: 12-08-2024 16:32 | Bölmə: Slayd
Parlament seçkiləri: iki təşkilat  "exit-poll" keçirmək üçün qeydə alınıb

Sentyabrın 1-də baş tutacaq Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.

Reyting.az
-ın xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, MSK uzun illərdir seçkilərdə “exit poll” keçirmək üçün müraciət edən təşkilatlara şərait yaradır.

R. Qasımov bildirib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək üçün MSK-ya müraciət edib:

“Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb. Beləliklə, bu qurumlara “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.

Qərar səsverməyə qoyularaq qəbul edilib.




Bölməyə aid digər xəbərlər