12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Tramp: Dünya müharibəsi başlaya bilər
Tarix: 13-08-2024 09:37 | Bölmə: Slayd
Tramp: Dünya müharibəsi başlaya bilər

ABŞ-nın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “X” platformasında 1 milyondan çox insanın iştirak etdiyi söhbət otağında İlon Maska müsahibə verib.

Reyting.az
bildirir ki, Tramp bir sıra mövzulardan danışıb, xüsusilə ABŞ əhalisi üçün əhəmiyyət daşıyan qanunsuz miqrasiyasının qarşısının alınmalı olduğunu bəyan edib.

O, ABŞ prezidenti Co Baydenin prezidentliyə namizədlikdən çəkilmək məcburiyyətində qaldığını deyib: “Bu, ABŞ prezidentinə qarşı çevriliş idi. O (Baydeni nəzərdə tutur-red.) ayrılmaq istəmədi, ona dedilər ki, bunu ya yumşaq bir şəkildə, ya da çətin yolla edə bilərik”.

Harrisin Baydendən daha pis namizəd olduğunu bildirən Tramp əlavə edib ki, Harrisi prezident seçmək olmaz, çünki o, qeyri-adekvatdır.



Tramp deyib ki, prezident Baydenin zəka səviyyəsi çox aşağıdır.

Tramp noyabrın 5-də keçiriləcək seçkilərin ABŞ tarixində ən mühüm dönüş nöqtəsi olacağını bildirib və bütün seçicilərini seçkiyə çağırıb. “Noyabrın 5-i ölkəmizin tarixində ən mühüm gün, ən mühüm seçki olacaq. Əgər qalib gəlməsək, hamı üçün çox kədərlənəcəyəm”, - deyən Tramp rəqibi Harrisi prezident olmağa layiq görmür.

Tramp qeyd edib ki, özünə qarşı davam edən “Rusiya izi” istintaqına baxmayaraq, Putinlə yaxşı münasibəti olub: “O, mənə hörmət edirdi. Oturub Ukrayna haqqında söhbətləşirdik”. Tramp problemi Ukrayna müharibəsi başlamazdan əvvəl həll etməyin mümkün olduğunu da sözlərinə əlavə edib:

“Baydenin yerinə mən olsaydım heç vaxt İsrail hücumu olmazdı. Rusiya heç vaxt Ukraynaya hücum etməzdi. Ölkəmizdə inflyasiya olmazdı və Əfqanıstandakı rüsvayçılıq baş verməzdi”.

Yaxın Şərqdə vəziyyətin yaxşı olmadığını və münaqişələrin regional səviyyəyə keçə biləcəyini iddia edən Trampın fikrincə, belə bir vəziyyət III Dünya Müharibəsinə səbəb ola bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər