12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Marsda ilk dəfə maye halında su tapılıb
Tarix: 13-08-2024 13:26 | Bölmə: Slayd
Marsda ilk dəfə maye halında su tapılıb

Marsda ilk dəfə maye halında su aşkar edilib. Su səthin altındakı böyük dərinliklərdə yerləşir.

Reyting.az
-ın BBC-yə istinadla verdiyi məlumata görə, NASA-nın Mars Insight Lander zondunun topladığı məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, Qırmızı planetin qabığının dərinliklərində maye su anbarı olan yer var.

Xatırladaq ki, əvvəllər Marsda su atmosferdəki buz və buxar qalıqlarında tapılsa da, maye halında olmayıb.

Qeyd edək ki, Mars Insight Lander zondu 6 il əvvəl Qırmızı planetin səthinə enib. Zond seysmik dalğaları yalnız özünün altında qeydə alıb və buna görə də məhz bu yerdə su yatağı aşkar edilib, lakin elm adamları belə çöküntülərin Marsın başqa yerlərdə də olduğunu düşünürlər. Təhlillər göstərir ki, su Marsın səthinin altında - 10-20 km dərinlikdə yerləşir.

Onu da xatırladaq ki, Marsın səthini tədqiq edənlər onun üzərində su olduğunu çoxdan anlayıblar: çünki səthdə çay və göllərin izləri tapılıb. Lakin son 3 milyard ildə onların yerini səhra tutub. Görünür, suyun bir hissəsi səthin altında qalıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər