12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Müdafiə Nazirliyində mənimsəmə: daha bir zabit həbs olunub
Tarix: 13-08-2024 15:38 | Bölmə: Slayd
Müdafiə Nazirliyində mənimsəmə: daha bir zabit həbs olunub

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib.

Reyting.az
xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.

Hazırda DTX-də istintaqı aparılan cinayət işi üzrə Namiq Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur(Report).




Bölməyə aid digər xəbərlər