12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Məxfi sənəd üzə çıxıb: Rusiya Avropaya nüvə zərbələri endirməyə hazırlaşır
Tarix: 13-08-2024 15:42 | Bölmə: Slayd
Məxfi sənəd üzə çıxıb: Rusiya Avropaya nüvə zərbələri endirməyə hazırlaşır

Rusiya Avropadakı hədəflərə nüvə başlıqlı raketlərlə zərbələr endirmək üçün donanmasını hazır vəziyyətə gətirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” sərəncamında olan məxfi sənədlərə istinadla yazır.

Bildirilir ki, Rusiya Donanması NATO ilə potensial münaqişə vəziyyətində Avropanın dərinliklərindəki hədəflərə nüvə başlıqları ilə raketlər atmaq üçün təlim keçib.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan əvvəl də hərbçilər NATO zabitlərinə ehtimal olunan hədəflərin xəritələrini təqdim ediblər. Onlardan bəziləri Fransanın qərb sahili və İngiltərədəki Barrou-in-Furnsa qədər uzaqdadır.

Sənədlər Rusiyanın Qərblə münaqişəni necə təsəvvür etdiyini və Qərbi Avropaya qarşı silsilə böyük zərbələr planlaşdırdığını göstərir. 2008-2014-cü illər arasında tərtib edilmiş bu məxfi sənədlər həm adi döyüş başlıqlarını, həm də taktiki nüvə silahlarını daşıya bilən raketlər üçün hədəflərin siyahısını ehtiva edir.



Qeyd olunur ki, Rusiya nüvə silahlarını yerüstü gəmilərdə yerləşdirmək imkanını saxlayıb. Ekspertlərin fikrincə, bu, eskalasiya və əhəmiyyətli əlavə risklər yaradır.

Bundan əlavə, donanmanın yüksək manevr qabiliyyəti ona “müxtəlif istiqamətlərdən qəfil və qabaqlayıcı zərbələr və kütləvi raket zərbələri” endirməyə imkan verir.

Sənədlərdə deyilir ki, nüvə silahları “ümumiyyətlə” Rusiyanın məqsədlərinə çatmaq üçün “digər silahlarla birlikdə” istifadə olunmaq üçün nəzərdə tutulub.

Nəşr yazır ki, bu sənədlər Qərb mənbələri tərəfindən verilib. Onları nəzərdən keçirən analitiklər deyiblər ki, məzmun NATO-nun Rusiya Donanmasının uzaqmənzilli raket zərbələri təhlükəsini necə qiymətləndirdiyinə və Rusiyanın nüvə silahına əl atma sürətinə uyğundur.

İddia olunur ki, xəritələr operativ istifadə üçün deyil, təqdimat məqsədi ilə tərtib edilib. Onlar Avropadakı 32 NATO hədəfini təsvir edir:

Baltik Donanmasının hədəfləri əsasən Norveç və Almaniyada, o cümlədən Bergendəki dəniz bazası, eləcə də radar stansiyaları və xüsusi təyinatlıların obyektləridir. Şimal Donanmasının Britaniyanın şimal-qərbindəki Barrou-in-Furnasdakı sualtı qayıq sahəsi kimi müdafiə sənayesi obyektlərini vuracağı gözlənilir.

NATO-nun keçmiş rəsmisi, hazırda Stimson Mərkəzində çalışan Villiam Alburke deyib ki, bu nümunə “Avropa boyu xəritələnmiş yüzlərlə, hətta minlərlə hədəfin” yalnız kiçik bir hissəsidir.

Analitiklər və keçmiş hərbçilərin fikrincə, Rusiyanın bütün Avropanı vura bilməsi o deməkdir ki, rus ordusu Baltikyanı ölkələr və Polşada NATO qüvvələrini cəlb etdikdən sonra bütün qitədəki hədəflər risk altında olacaq.

“Onların konsepsiyası total müharibədir. Onlar bu şeyləri (taktiki nüvə başlıqları) potensial qalib silahlar kimi görürlər. Onlar bu silahlardan kifayət qədər tez istifadə etmək istəyəcəklər”, - professor Cefri Lyuis bildirib.

Taktiki nüvə silahları ABŞ-a hücum etmək üçün nəzərdə tutulmuş iri strateji nüvə silahlarından daha qısa məsafəyə malikdir və daha az dağıdıcıdır. Bununla belə, o, hələ 1945-ci ildə Naqasaki və Xirosimaya atılandan xeyli çox enerji buraxa bilər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər