12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ İrana zərbələr endirməyə hazırlaşır
Tarix: 14-08-2024 09:13 | Bölmə: Slayd
ABŞ İrana zərbələr endirməyə hazırlaşır

“Yaxın Şərqdə vəziyyət çox ciddidir, ABŞ İranın mümkün hücumuna hazırdır və lazım gələrsə, İsraili qorumaq üçün bütün silahlardan istifadə edəcək”.

Reyting.az
-ın xəbərinə görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder deyib.

Yaxın Şərqdə mümkün İran-İsrail müharibəsi ilə bağlı gərginliyi artıracaq açıqlamalar verən P. Rayder əlavə edib ki, vəziyyətin gərgin olması səbəbindən ABŞ müdafiə naziri Lloyd Ostin bölgəyə əlavə müdafiə silahları və sursat göndərilməsini tapşırıb.

Pentaqon sözçüsü bildirib ki, bu həftə İranın İsrailə cavab verməsi tamamilə mümkündür: “Mən onların nə vaxt zərbə vuracaqlarını təxmin və ya spekulyasiya etməyə çalışmayacağam, ancaq mümkün hücumu ciddi qəbul etməliyik və bunu edirik. Buna görə də hazır olacağıq və hazırıq”.


P. Rayder

P. Rayder ABŞ-nın gərginliyi azaltmaq, qüvvələrini qorumaq və İsrailin müdafiəsini dəstəkləmək istədiyini təkrarlayıb.

“Regionda heç kim gərginliyin artmasını və mövcud vəziyyətin regional münaqişəyə çevrilməsini istəmir. Diplomatiyanın işləməsinə həmişə vaxt var. Amma İsrailin müdafiəsi üçün başqa şeydən istifadə etmək lazım gəlsə, onu da edəcəyik”, - Rayder deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər