12:36 / 14-06-2025
Sabah yağış yağacaq
18 ölkədə təhlükəli virus yayılıb
Tarix: 14-08-2024 10:02 | Bölmə: Slayd
18 ölkədə təhlükəli virus yayılıb

Afrika qitəsində sürətlə “Meymunçiçəyi” virusu yayılır. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Afrika CDC) Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan virus səbəbindən bütün qitədə “İctimai sağlamlıq üçün fövqəladə vəziyyət” elan edib.

Reyting.az
xəbər verir ki, faktı Afrika CDC-nin baş direktoru Jean Kaseya təsdiqləyib.

“İnstitutlarımızı, kollektiv iradəmizi və resurslarımızı tez və qətiyyətlə səfərbər etmək üçün bu gün kontinental təhlükəsizliyimiz məqsədilə ictimai səhiyyə fövqəladə vəziyyətini elan edirik”,- J. Kaseya deyib.

Afrikada 10 milyon dozadan çox peyvəndə ehtiyac olduğunu, ancaq 200 min doza peyvəndin mövcudluğunu ifadə edən Kaseya bildirib ki, qitədə 3 milyon dozadan başlayaraq 10 milyondan çox doza təmin etmək üçün dəqiq planları var.

Afrika CDC 2024-cü il ərzində qitədə 15 mindən çox “Meymunçiçəyi” hadisəsinin baş verdiyini və 461 ölüm faktının olduğunu deyib. Onun sözlərinə görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 160 faiz artım deməkdir.

Virusun Afrikanın 18 ölkəsində qeydə alındığı bildirilir.

Məlumat üçün xatırladaq ki, “Meymunçiçəyi” ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insanlarda aşkar edildikdən sonra onilliklər ərzində Afrikanın bəzi bölgələrində endemik olub. Virusun daha yüngül variantı 2022-ci ildə əsasən cinsi əlaqə yolu ilə 100-dən çox ölkəyə yayılıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ictimai səhiyyədə fövqəladə vəziyyət elan etmək məcburiyyətində qoyub. ÜST, sağlamlıq böhranının nəzarət altında olduğunu deyərək, 10 aydan sonra fövqəladə vəziyyətə son qoyub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər