12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya şəhərində şiddətli küçə döyüşləri gedir
Tarix: 14-08-2024 15:21 | Bölmə: Slayd
Rusiya şəhərində şiddətli küçə döyüşləri gedir

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayətində daha 4 kəndi ələ keçirib. Almaniyanın “Bild” nəşri xəbər verir ki, açıq məlumatların təhlili üzrə ekspert Yulian Repke Kursk vilayətində gedən döyüşlərin videoyazılarını öyrəndikdən sonra belə qənaətə gəlib.

Reyting.az
-ın məlumatına görə, Y. Repke deyib ki, Sudjanın şimalında Ukrayna Silahlı Qüvvələri Kruqlenkoye kəndini və ətraf əraziləri də ələ keçirib.

Qeyd edək ki, əvvəllər Ukrayna Silahlı Qüvvələri həmin ərazidə regional mərkəz - Korenevo istiqamətində irəliləyirdi.

"Ukraynalı hərbçilər Rusiyanın qərbindəki Kursk vilayətində Kruqlenkoyeni ələ keçiriblər. Rusiya qoşunları kəndin şimalında yerləşən "Smerç" MLRS qruplaşması ilə hərəkət edən Ukrayna kolonlarına hücum edir", - analitik bildirib.

Sudja şəhərinin cənubunda ukraynalı hərbçilər şiddətli küçə döyüşlərinin getdiyi Kamışnoye kəndinə daxil olublar. Kamışnoyeyə gedən yolda ukraynalılar Borki və Krupets kəndlərini, həmçinin Spalnoye kəndini ələ keçiriblər.

"Kamışnıda 14 nəfərlik ukraynalı hərbçinin istifadə etdiyi binaları dağıdan rus hərbçilərinin iştirak etdiyi ağır döyüşlər gedir. Bu o deməkdir ki, Borki və Spalnoe də Ukrayna ordusunun nəzarəti altındadır. Şərqdə hazırkı yeni cəbhə xətti formalaşmaqdadır", - deyə Repke əlavə edib.

Onu da qeyd edək ki, bu arada, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Aleksandr Sırskinin prezident Zelenskiyə Rusiyadakı gedişat barədə məruzə etdiyi bildirilir. O, Kursk vilayətinin Sudja şəhərinin rus qoşunlarından tamamilə təmizləndiyini deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəhərdə düşmənin “axtarış və məhvini” başa çatdırıb və günün əvvəlindən 100-dən çox rus əsgəri əsir götürülüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər