12:36 / 14-06-2025
Sabah yağış yağacaq
I Qarabağ müharibəsinin daha yeddi şəhidi dəfn ediləcək
Tarix: 14-08-2024 16:40 | Bölmə: Slayd
I Qarabağ müharibəsinin daha yeddi şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və artıq şəxsiyyətləri müəyyənləşdirilmiş daha yeddi şəhidimiz dəfn olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, avqustun 15-də hərbçilər Camalov Elman Hüseyn oğlu, Əbilov Əbülfəz Əbülfət oğlu, Hüseynov Cavanşir Ərşad oğlu, mülki şəxs Şirinov Tahir Şirin oğlu Abşeron rayonu Mehdiabad qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

Həmçinin hərbçi İbrahimov Camaləddin İbad oğlu Bakı şəhəri, Suraxanı rayonu Əmircan kəndində torpağa tapşırılacaq.

Digər hərbçi Yarıyev Qənbər Teymur oğlu Salyandakı Şəhidlər Xiyabanında, mülki şəxs Zeynalova Təranə (Əsmayə) Davud qızı isə sabah Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcəklər.




Bölməyə aid digər xəbərlər