12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Şeytan” yeni zəlzələ proqnozu verir
Tarix: 14-08-2024 17:19 | Bölmə: Slayd
“Şeytan” yeni zəlzələ proqnozu verir

“18-19 avqust tarixləri yaxınlaşdıqca, böyük zəlzələlərə qarşı diqqətli olmaq vacibdir. Son dalğalanmalara görə, Krit, Yunanıstan, Oniki Adaları, Egey dənizi və Mərmərə yeni zəlzələlərə hazır vəziyyətdədir”.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə elmi dairələrdə “Zəlzələ şeytanı” kimi tanınan Frank Huqerbets çıxış edib.

Huqerbets Ay, Günəş və digər planetlərin Yerdə zəlzələlərə səbəb olduğunu bildirir. Bu çərçivədə televiziya proqramlarında tez-tez hesablamalarını çatdıran Huqerbets “Youtub”e kanalında da zəlzələ gözlədiyi yerlərin adlarını çəkir.

Onun zəlzələ gözlədiyi yerlər adətən dünyanın ən aktiv seysmloji əraziləridir. “Zəlzələ şeytanı”nın proqnozlarına görə, Kamçatka yarımadasında və Kuril adalarında meqazəlzələlər gözlənilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər