12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İranın İsraili vurmamaq üçün şərti açıqlanıb
Tarix: 15-08-2024 09:12 | Bölmə: Slayd
İranın İsraili vurmamaq üçün şərti açıqlanıb

Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İranın İsrailə birbaşa cavab verməsinin qarşısını ala bilər. Bunu İranın üç yüksək rütbəli rəsmisi deyib.

Reyting.az
-ın xəbərinə görə, “Reuters”ə danışan İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi bildirib ki, Qəzza danışıqları uğursuz olarsa və ya İsrail danışıqları uzadarsa, İran “Hizbullah” kimi müttəfiqləri ilə birlikdə birbaşa hücuma keçəcək.

Mənbələr İranın danışıqların irəliləməsinə nə qədər vaxt verəcəyini açıqlamayıb.

Eyni mənbələr, İsmayıl Haniyə və “Hizbullah” komandiri Fuad Şükürün öldürülməsindən sonra Yaxın Şərqdə daha geniş müharibə riskinin artması səbəbindən İranın son günlər Qərb ölkələri və ABŞ-la qisas tədbirləri ilə bağlı intensiv dialoq apardığını da bildiriblər.

Məsələnin həssaslığı səbəbindən adlarının çəkilməsini istəməyən üç regional hökumət mənbəsi cümə axşamı Misirdə və ya Qətərdə başlaması planlaşdırılan Qəzzada atəşkəs danışıqlarından əvvəl gərginliyin qarşısını almaq üçün Tehranla danışıqları təsvir ediblər.

İranın BMT-dəki missiyasının cümə günü verdiyi bəyanatda isə İsrailə qarşı cavab tədbirlərinin vaxtında və mümkün atəşkəsə xələl gətirməyəcək şəkildə həyata keçiriləcəyi qeyd olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər