12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna ordusu Kurskda irəliləyir - Daha bir yaşayış məntəqəsi ələ keçirilib
Tarix: 16-08-2024 09:20 | Bölmə: Slayd
Ukrayna ordusu Kurskda irəliləyir - Daha bir yaşayış məntəqəsi ələ keçirilib

Ukrayna ordusu Kursk bölgəsində Rusiya ordusunun karvanına hücum edərək onlarla rus əsgərini zərərsizləşdirib, bir çox hərbi texnikanı sıradan çıxarıb.

Reyting.az
xəbər verir ki, ətrafdakı insanların lentə aldığı görüntülərdə hərbi yük maşınlarında onlarla rus əsgərinin cəsədi var.

Ukrayna prezidenti Vladimir Zelenski isə sosial media hesabındakı paylaşımında “Bu gün Kursk vilayətində müxtəlif yerlərdə 1-2 kilometr irəlilədik”,- yazıb. Zelenski qeyd edib ki, 100-dən çox rus əsgəri əsir götürülüb.

Son məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı zamanı daha bir rus kəndi Ukraynanın nəzarətinə keçib.

Bu barədə cəbhə xəttində vəziyyətə nəzarət edən Ukraynanın “DeepState” layihəsi məlumat yayıb.

“Ukrayna müdafiə qüvvələri Vnezapnoeni (Rusiyanın Kursk bölgəsi) azad edib”, - analitiklər qeyd ediblər.

Bundan əlavə, “DeepState” rusların Pesçanı yaxınlığında və Donetsk vilayətinin Krasnoqorivkada irəlilədiyini təsdiqləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Aleksandr Sırski bildirib ki, Rusiya Federasiyasının Kursk vilayətində artıq Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan 80-dən çox yaşayış məntəqəsi var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər