12:36 / 14-06-2025
Sabah yağış yağacaq
18 ölkədə qeydə alınan təhlükəli virus Avropada da yayılır
Tarix: 16-08-2024 10:25 | Bölmə: Slayd
18 ölkədə qeydə alınan təhlükəli virus Avropada da yayılır

Afrika qitəsinin 18 ölkəsinə təsir edən və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “qlobal fövqəladə vəziyyət” elan etməsinə səbəb olan “Meymunçiçəyi” virusunun daha yoluxucu variantı Avropada da qeydə alınıb.

Reyting.az
xəbər verir ki, İsveç səlahiyyətliləri Afrikadan kənarda ilk infeksiya aşkarladıqlarını təsdiqləyiblər.

Ölkənin səhiyyə naziri Yakob Forsmed deyib ki, İsveçdə “Meymunçiçəyi”nə ilk yoluxma var və bu, xəstəliyin daha ciddi növü - Clade I adlanır.

İsveç Xalq Sağlamlığı Təşkilatının məlumatına görə, “Meymunçiçəyi” virusunun təhlükəli variantı olan Clade I ilk dəfə Afrikadan kənarda təsbit edilib və xəstə paytaxt Stokholmdadır.

Xatırladaq ki, ÜST “Meymunçiçəyi” (Mpox) virusu səbəbindən çərşənbə günü Afrikada “qlobal fövqəladə vəziyyət” elan edib.

ÜST-nün hələ bir müddət əvvəl verdiyi açıqlamada qeyd olunur ki, virus Konqo Demokratik Respublikasında (DRC) cinsi yolla ötürülüb və afrikalı elm adamları bu vəziyyətin xəstəliyə nəzarəti çətinləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər.

Şimali Amerika və Avropada “Meymunçiçəyi” epidemiyaları vaksinlər və antiviral müalicələr, eləcə də yüksək risk qruplarına yönəlmiş ictimai sağlamlıq mesajları vasitəsilə nəzarət altına alınıb. Ancaq son aylar bir çox ölkədə epidemiyanın müşahidə olunduğu Afrika qitəsinin bəzi bölgələrində peyvənd demək olar ki, yoxdur.

Onu da qeyd edək ki, Afrikada 10 milyon dozadan çox peyvəndə ehtiyac var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər