12:36 / 14-06-2025
Sabah yağış yağacaq
19 ölkədə yayılan virus Pakistan və Türkiyədə də aşkar edilib
Tarix: 16-08-2024 20:17 | Bölmə: Slayd
19 ölkədə yayılan virus Pakistan və Türkiyədə də aşkar edilib

Afrikanın 18 ölkəsini ağuşuna alan, artıq İsveçrədə də aşkar edilən “Meymunçiçəyi” virusuna daha iki ölkədə yoluxanlar var.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Pakistan və Türkiyədə də “Meymunçiçəyi” virusuna yoluxanların olduğu bildirilir.

Pakistanın səhiyyə rəsmiləri cümə günü bəyan ediblər ki, ölkədə ilin ilk “Meymunçiçəyi” vurusuna yoluxma hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, xəstə körfəz ölkəsindən gəlib.

Ölkənin ictimai səhiyyə departamentinin direktoru İrşad Roqani deyib ki, “Meymunçiçəyi”nə yoluxmuş 34 yaşlı kişi Pakistanın Xeyber-Paxtunxva əyalətində müalicə olunur.

Türkiyənin Sakarya şəhərində isə 34 yaşı olan seneqallı bir qadın “Meymunçiçəyi”-nə yoluxma şübhəsi ilə karantinə alınıb.

Məlumata görə, səhər saatlarında qadın dəri narahatlığı şikayəti ilə Sakarya Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib. Xəstəni müayinə edən təcili yardım həkimi qadının bədənindəki ləkələrdən şübhələnərək ona karantin tətbiqinə başlayıb və hazırda müayinələr davam edir.

Onu da qeyd edək ki, Afrika qitəsində təsir edən və Ümumdünya Səhiyyə Təşkilatının “qlobal fövqəladə vəziyyət” elan etməsinə səbəb olan “Meymunçiçəyi” virusunun daha yoluxucu variantı yayılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər