12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna: Rusiya nüvə təxribatı hazırlaya bilər
Tarix: 17-08-2024 08:43 | Bölmə: Slayd
Ukrayna: Rusiya nüvə təxribatı hazırlaya bilər

“Bizi terrorda və Kursk atom elektrik stansiyasına hücumda ittiham etmək ssenarisi baş tutmadı”. Reyting.az xəbər verir ki, bunu Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiyanı nəzərdə tutaraq deyib.

A. Kovalenko bildirib ki, bu istəyi baş tutmayan Rusiya Ukraynaya qarşı nüvə təxribatı hazırlaya bilər.

Ukrayna Xarici İşlər Nazirliyi isə xəbərdarlıq edib ki, hazırda Ukraynanın “çirkli bombalardan” istifadə və ya atom elektrik stansiyalarına hücum etmək planlarına dair Rusiyanın çılğın təbliğatının növbəti artımı müşahidə olunur və bunlar doğru deyil:

“Biz bu yalan xəbərləri rəsmən təkzib edirik, Rusiya təhlükəli yalanları yaymaqdan əl çəkməlidir. Bizim “çirkli bomba”mız yoxdur və onları əldə etməyi planlaşdırmırıq”.

Xatırladaq ki, Kremlin nəzarətində olduğu iddia edilən media daha əvvəl Ukraynanın “Zaporojye və Kursk atom elektrik stansiyalarına “çirkli nüvə bombası” hücumu hazırladığını” bildirib. İddia olunur ki, Ukraynanın bu hücum planına Qərb kəşfiyyat xidmətləri nəzarət edir və çirkli döyüş başlıqları artıq Dnepropetrovskda yerləşdirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər