12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Kursk vilayətinə əlavə qoşun göndərir
Tarix: 19-08-2024 09:18 | Bölmə: Slayd
Rusiya Kursk vilayətinə əlavə qoşun göndərir

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki əməliyyatı Rusiyanı öz qoşunlarını Ukraynadakı cəbhə xəttindən köçürməyə məcbur edib.

Reyting.az
xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Hazırda Rusiyanın bir neçə min hərbi qulluqçusu Kurskda yerləşdirilib. Təhlilçilər bildirir ki, Ukraynanın Kurskdakı hərbi əməliyyatları Rusiyadan həmin vilayətdə canlı qüvvə və resurslarını artırmağı tələb edir.

ISW analitikləri “The Wall Street Journal”ın hesabatını xatırladıb. Orada Rusiya Federasiyasının ümumi sayı 5000 nəfər olan bir neçə yarımçıq briqadasının Ukraynadan Kursk vilayətinə köçürüldüyü bildirilir.

Rusiya qüvvələrinin Xarkov vilayətindən köçürülməsi də ayrıca qeyd olunur. Söhbət Rusiya Federasiyasının 155-ci Dəniz Briqadasının Pələng batalyonunun əsgərlərindən gedir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər