12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Beş milyon insanın həyatına təhlükə yaranıb - Xəbərdarlıq
Tarix: 19-08-2024 10:49 | Bölmə: Slayd
Beş milyon insanın həyatına təhlükə yaranıb

Əbədi donmuş torpaqlarda buz qatının əriməsi Şimal buzlu okeanı və Arktikanı əhatə edən bölgəyə zəhərli civə buraxır. Bu ABŞ mütəxəssislərinin araşdırmaları nəticəsində məlum olub.

Reyting.az
xəbər verir ki, Alyaskada Yukon çayını tədqiq edənlərin fikrincə, arktik permafrost sürətlə əriyir.

Tədqiqtçıların hesabatında bildirilir ki, Yukon çayı Alyaskadan Berinq dənizinə doğru qərbə axır, yol boyu permafrost eroziyaya uğrayan civə və çöküntü suya qarışır.

Əbədi donmuş torpaqlarda civənin min illərdir qaldığını qeyd edən elm adamlarının sözlərinə görə, zəhərli metalların qarışığı Arktikada yaşayan ən azı beş milyon insanın sağlamlığına təhlükə yaradır. Çünki su sisteminə ağır metalların əlavə edilməsi qida zəncirinə mənfi təsir göstərir.

Professor Joch Vesti deyib ki, Arktikada nəhəng civə bombası partlaya bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər