19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:23 / 13-06-2025

07:17 / 12-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

15:00 / 11-06-2025

07:23 / 11-06-2025

Putinin səfəri Azərbaycana nə vəd edir? - Professorun şərhi
Tarix: 19-08-2024 13:01 | Bölmə: Slayd

“Rusiya dünyanın güclü resurslara malik ölkəsi olmaqla yanaşı, həm də Azərbaycanın ən böyük qonşu dövlətidir. Neçə yüz illərdir ki, Rusiyada dövlətçilik quruluşundan asılı olmayaraq, Azərbaycana birbaşa təsir mövcuddur. Keçmiş SSRİ-nin süqutundan sonra bu münasibətlər iki müstəqil dövlət müstəvisinə keçib. Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulub və elə həmin ildə hər iki dövlətin qarşılıqlı surətdə səfirlikləri fəaliyyətə başlayıb. Müxtəlif ziddiyyətlərə baxmayaraq, son 30 ildə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin çoxvektorluluğu təmin olunub”.
Bunu Reyting.az-a UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Azərbaycan-Rusiya münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələn münasibətlərin tənzimlənməsi üçün önəmli addımlar atılıb. Bu münasibətlərin müxtəlif aspektdə tənzimlənməsi məqsədilə müstəqilliyin bərpası dönəmində 260 sənəd imzalanıb. Bunların arasında kifayət qədər mühüm əhəmiyyət kəsb edən sənədlərdən - Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə (3 iyul 1997-ci il tarixli); Bakı Bəyannaməsi (9 yanvar 2001-ci il tarixli); Moskva Bəyannaməsi (6 fevral 2004-cü il tarixli); Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə (3 iyul 2008-ci il tarixli); İqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat (1 sentyabr 2018-ci il tarixli); Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə (22 fevral 2022-ci il) və s. qeyd etmək mümkündür.
Professor xatırladıb ki, hələ sovetlər birliyi dövründə Ulu öndər Heydər Əliyev Kremldə (Moskva) yüksək vəzifədə işləyərkən bütün sovet xalqının rəğbətini qazanmaqla yanaşı, rusiyalıların xatirəsində görkəmli dövlət xadimi və bacarıqlı idarəetmə lideri kimi yadda qalıb. Hazırda Rusiya Federasiyasının inkişafında strateji rol oynayan Baykal-Amur Magistralının tikintisinin başa çatdırılmasında Heydər Əliyevin tarixi xidmətləri Rusiya rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirilib. Bu iki ölkə arasında əlaqələrin strateji əhəmiyyətini dərindən dərk edən Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti statusunda Rusiya Federasiyasına 20 dəfə səfər edib. 1997-ci il iyulun 2-4-də Heydər Əliyev Rusiyada 3 günlük rəsmi dövlət səfərində olub. Həmin səfər zamanı qeyd etdiyimiz kimi, 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd kimi strateji əhəmiyyət daşıyır. Bundan əlavə, 2002-ci ilin 24-26 yanvarında Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı “Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" imzalanıb və bununla da Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Şəfa Əliyev deyib ki, Azərbaycan prezidenti İlham Əliyev öz fəaliyyətində Rusiya ilə münasibətlərə kifayət qədər həssas yanaşıb və bununla da ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən Rusiya ilə bütün sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri tətbiq olunub: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistanın kapitulyasiyası ilə başa çatan İkinci Qarabağ müharibəsinin nəticələrini tanıyıb və bununla bağlı 10 noyabr 2020-ci il bəyannaməsini imzalayıb. Eyni zamanda, əvvəldə qeyd etdiyimiz kimi, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb və bunun nəticəsində dövlətlərarası münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Ümumilikdə, 2004-cü ildən başlayaraq Azərbaycan prezidenti İlham Əliyev 50 dəfədən çox Rusiya Federasiyasına səfər edib və iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə tarixi töhfələr verib”.

Şəfa Əliyev
İqtisadçı-alim qeyd edib ki, Rusiya həm də qeyri-neftqaz sahəsində Azərbaycanın ən iri ticarət-iqtisadi partnyorudur və uzun illərdir Azərbaycanın idxalında ilk yeri tutur:
“2023-cü ilin yekununda Azərbaycanla Rusiya arasında xarici ticarət dövriyyəsinin həcmi 4358,7 milyon ABŞ dolları təşkil edib. Bunun 1196,4 milyon ABŞ dolları ixracın, 3162,3 milyon ABŞ dolları isə idxalın payına düşür.
Bundan əlavə, iri trayektoriyaya və potensiala malik Rusiya bazarı Azərbaycanı qeyri-neftqaz ixrac məhsulları üçün olduqca əlverişli hesab olunur. Azərbaycandan göndərilən meyvə-tərəvəzlər, bitki yağları, digər kənd təsərrüfatı məhsulları Rusiyanın əksər regionlarında tələbatı yüksək olan idxal məhsullarından hesab edilir. Rusiyadan Azərbaycana isə daha çox kənd təsərrüfatı və qida məhsulları, polad və dəmir məmulatlar, tikinti materialları, ağac məmulatları, kimya məhsulları, dərman; istehlak məhsulları, avtomobil mühərrikləri; borular və s. idxal edilir”.
Şəfa Əliyev xatırladıb ki, hazırda Azərbaycanın Rusiya Federasiyasında Ticarət Nümayəndəliyi fəaliyyət göstərir. Anoloji olaraq Rusiyanın Azərbaycanda da Ticarət Nümayəndəliyi var. Bu nümayəndəliklərin əsas missiyası iki strateji partnyor ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.
Professor qeyd edib ki, Rusiyadan Azərbaycana birbaşa investisiyaların həcmi 4,5 milyard ABŞ dollar, əksinə, Azərbaycandan Rusiyaya isə birbaşa investisiyaların ümumi məbləği 1,5 milyard ABŞ dolları təşkil edir. 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 300 milyon ABŞ dolları olub:
“Azərbaycan bazarında ümumilikdə Rusiya kapitalı olan 1400-dən çox müəssisə fəaliyyət göstərir, onlardan 300-ə yaxını 100 faizlik Rusiya kapitalına malikdir. 2023-cü ildə Rusiyadan Azərbaycana gələn turistlərin sayı da kəskin artıb və 630 min təşkil edib. Bu rəqəmin 2024-cü ildə artması gözlənilir”.
Müasir dövrdə Azərbaycan müəssisələrinin Rusiyaya yönəltdiyi investisiyaların həcmi artmaqda olduğunu bildirən iqtisadçı-alim deyib ki, Rusiyanın bir qrup iri şirkəti - “LUKoyl”, “Baltika”, “Nikoyl” investisiya-kommersiya bankı, “Bank VTB” açıq səhmdar cəmiyyəti və s. Azərbaycanda fəaliyyət göstərir: “Rusiyanın «Crocus International» Xəzər dənizinin sahilində dəyəri 1 milyard dollar olan turizm kompleksi layihəsini reallaşdırıb və bu layihə üzrə işlər genişləndirilməkdədir. Ölkəmizin “Azərsun Holdinq” şirkəti isə Rusiyada bir sıra layihələr həyata keçirir”.
Ş. Əliyev qeyd edib ki, Azərbaycan Rusiyanın bir sıra mühüm regionları, o cümlədən Moskva, Həştərxan, Kurqan, Sankt-Peterburq, Saratov, Stavropol, Sverdlovsk, Yekaterinburq, həmçinin Dağıstan, Kalmıkiya və Tatarıstan respublikaları ilə sıx iqtisadi əlaqələr qurub: “Bunlarla yanaşı, ölkəmizdə Dağıstan, Tatarıstan respublikalarının və Ural iqtisadi regionunun nümayəndəlikləri mövcuddur. Bakıda “Ural Ticarət Evi” QSC və “Tatarıstan Ticarət Evi” ASC fəaliyyət göstərir. “Gəncə avtomobil zavodu”nda Rusiyanın “KamAZ” yük maşınının yığma xətti istismara verilib.
2008-ci ildən etibarən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir. 2015-ci ildən isə Bakı şəhərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb.
Son illərdə beynəlxalq səviyyədə baş verən transformasiyalar, Rusiyaya qarşı ABŞ və Avropa İttifaqının sanksiyaları, regional inkişaf postulatlarının yenilənməsi nöqteyi-nəzərindən Azərbaycanla Rusiya arasında olan münasibətlər modernizasiya edilməkdədir. Rusiya Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərini dəstəkləməkdədir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması Rusiya və Azərbaycan kimi siyasi və iqtisadi fəaliyyət istiqamətlərində güclü, etibarlı tərəfdaşlıq əlaqələri olan qonşu dövlətlərin strateji maraqlarına uyğun hesab olunur. Bu dəhliz vasitəsilə Rusiya Federasiyası onun üçün çox mühüm strateji tərəfdaş ölkə olan Türkiyə ilə ticarət-iqtisadi əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirilmək imkanları əldə edəcəkdir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Rusiya çoxsaylı dünya dövlətləri ilə inteqrativ əlaqələrinin möhkəmləndirilməsi potensialına yiyələnəcəklər. Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat-logistika sektorunun əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi sayəsində Azərbaycanın və Rusiyanın siyasi və iqtisadi qüdrətinin artması üçün əlavə real potensial formalaşacaqdır”.
Professor diqqətə çatdırıb ki, hazırda Azərbaycanla Rusiya arasında olan munasibətlərin daha da şaxələndirilməsi, ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi üçün istifadə edilməmiş böyük potensial mövcuddur: “Maraqlıdır ki, son vaxtlar Rusiya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq layihələrində iştirak etmək niyyətlərini ortaya qoymaqdadırlar. Fikrimizcə, bu kimi niyyətlərin reallaşdırılmasına ciddi əsaslar var və iki ölkə arasında strateji əməkdaşlıq bütün istiqamətlərdə şaxələnməkdədir.
Ş. Əliyev sonda əminliklə deyib ki, Rusiya prezidentinin 2024-cü il 18-19 avqust tarixlərində Azərbaycana rəsmi səfəri bu münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə təkan verəcəkdir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb