12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Kursk vilayətini itirə bilər - Foto
Tarix: 20-08-2024 09:23 | Bölmə: Slayd
Rusiya Kursk vilayətini itirə bilər

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə davam edir. Son məlumata görə, ukraynalı əsgərlər Rusiya Federasiyasının Kursk vilayəti ərazisində irəliləyirlər. Avqustun 19-da Ukrayna müdafiəçiləri Kursk istiqamətində yeni uğurlar qazanıblar.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-nın Müharibə Araşdırmaları İnstitutu (ISW) dünən dərc olunmuş geolokasiya kadrlarına istinadla bildirib ki, Ukrayna ordusu Vişnevkaya doğru irəliləyib.

Bu arada Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, aviasiya və artilleriya Vişnevka yaxınlığında fəaliyyət göstərən ukraynalılara zərbələr endirib. ISW isə bildirir ki, ruslar bununla ukraynalı müdafiəçilərin ərazidə irəlilədiyini etiraf edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı avqustun əvvəlində başlayıb. Avqustun 19-da axşam prezident Vladimir Zelenski 92 yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiyadakı Ukrayna hərbçiləri 1250 kvadrat kilometr əraziyə nəzarət edir.



E. KAMAL




Bölməyə aid digər xəbərlər