12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsini istəyir
Tarix: 20-08-2024 12:16 | Bölmə: Slayd
ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsini istəyir

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyat keçirməsinə baxmayaraq, ABŞ Rusiya ərazisinə uzaqmənzilli zərbələrlə bağlı mövqeyi dəyişməyib.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karine Jan-Pyer jurnalstlərə bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumunu şərh edərkən deyib ki, ukraynalılar öz ərazilərini Rusiyanın təcavüzündən qoruyurlar.

"Mən deyəcəyim odur ki, bizim siyasətimiz (uzaq məsafədən zərbələrlə bağlı - red.) dəyişməyib", - deyə Jan-Pier əlavə edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu əməliyyatın planlaşdırılması və ya hazırlanmasının heç bir aspektində iştirak etməyib və etmir.

Xatırladaq ki, bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı diplomatları Qərb dövlətlərini Rusiya ərazisinə hücumlar üçün ötürdükləri uzaqmənzilli silahlardan istifadə icazəsini genişləndirməyin təşviqinə çağırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər