12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başlayır
Tarix: 23-08-2024 09:16 | Bölmə: Slayd
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Məlumata görə, həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.




Bölməyə aid digər xəbərlər