12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Tramp tarixin ən böyük əməliyyatına başlayacaq
Tarix: 23-08-2024 09:54 | Bölmə: Slayd
Tramp tarixin ən böyük əməliyyatına başlayacaq

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkinin qalibi olacağı təqdirdə tarixin ən böyük deportasiya əməliyyatına başlayacağını bəyan edib.

Reyting.az
-ın xəbərinə görə, Tramp prezidentliyi dövründə Meksika sərhədində tikilməyə başlayan divarı tamamlayacağına söz verib.

Qeyri-müntəzəm miqrasiya probleminə diqqət çəkmək üçün Meksika ilə sərhəddə yerləşən Arizona ştatının Coxise qraflığına gələn D. Tramp divar tikintisində istifadə edilən metal tirlərin qarşısında çıxış edib.

Tramp çıxışında Miçiqan, Nyu-York, Corciya və Virciniya kimi ştatlarda qeyri-qanuni yollarla ölkəyə daxil olan mühacirlərin törətdiyi cinayətlərlə bağlı narahatedici məlumatlar paylaşıb, bunu ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin immiqrasiya siyasəti ilə əlaqələndirib.

Seçkilərdə qalib gələcəyi təqdirdə, prezidentliyi dövründə Meksika sərhədində tikilməyə başlayan divarı tamamlayacağına söz verən Tramp bildirib ki, ikinci hakimiyyəti dövründə narkotik tacirlərinə qarşı daha sərt cəzaların tətbiqinə çalışacaq və qeyri-qanuni mühacirlərə qarşı böyük deportasiyaya başlayacaq.

“Kəmalə Harris heç vaxt divar inşa etməyəcək. O, bunu etmək istəmir. Əgər bu mövzuda fikrini dəyişsə, bunu yalnız seçilmək istədiyi üçün edəcək. Seçim asandır; ya Kamala Harris cinayətkarlara amnistiya verir, ya da prezident Tramp cinayətkarları deportasiya edir”,- D. Tramp qeyd edib.

Onu da qeyd edək ki, Meksika sərhədinə səfəri zamanı Tramp 2020-ci ildən ABŞ-a qeyri-qanuni yollarla daxil olan immiqrantlar tərəfindən öldürülən vətəndaşların ailələri ilə görüşüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər