12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Səttar Möhbalıyev istefa verib – AHİK-ə yeni sədr seçilib
Tarix: 26-08-2024 12:49 | Bölmə: Slayd
Səttar Möhbalıyev istefa verib – AHİK-ə yeni sədr seçilib

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qurultayı keçirilib.

Reyting.az
xəbər verir ki, növbədənkənar VII qurultayda 1992-ci ildən quruma sədrlik edən Səttar Suliddin oğlu Möhbalıyevin istefası qəbul olunub.

Qurultay iştirakçıları yekdilliklə sədrliyə namizəd olan iqtisadiyyat nazirinin müavini Sahib Əli oğlu Məmmədovun sədr seçilməsinə səs veriblər.

Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.




Bölməyə aid digər xəbərlər