12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Tramp: “Ukraynanın Rusiyada irəliləməsi dünya müharibəsinə səbəb ola bilər”
Tarix: 27-08-2024 09:01 | Bölmə: Slayd
Tramp: “Ukraynanın Rusiyada irəliləməsi dünya müharibəsinə səbəb ola bilər”

“Bütün dünya qarışıb. Tezliklə tədbir görülməsə Üçüncü Dünya Müharibəsi ilə qarşılaşacağıq. Bu, nüvə enerjisi və digər mövcud imkanlara görə əvvəlki müharibələr kimi olmayacaq”.

Reyting.az
xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

Tramp iddia edir ki, Ukraynanın Rusiya ərazisində irəliləməsi dünya müharibəsinə səbəb ola bilər.

Detroitdə ABŞ Milli Qvardiya Assosiasiyasının konfransında çıxış edən Tramp bildirib ki, dünyanın bir çox yerlərindəki xaoslar ABŞ qoşunlarının Əfqanıstandan çıxması ilə başlayıb. ABŞ-nın Əfqanıstandan çəkildiyi günü Amerika tarixində ən biabırçı gün kimi xarakterizə edən Tramp qeyd edib ki, bu, bütün dünyada münaqişələrə səbəb olub.

Əfqanıstandan çəkilmənin ABŞ-a olan inamı məhv etdiyini vurğulayan Tramp hesab edir ki, məhz buna görə də Rusiya Ukraynaya girib, eləcə də oktyabrın 7-də İsrailə hücum olub.

ABŞ-nın Əfqanıstanda 85 milyard dollar dəyərində silah və hərbi texnika qoyduğunu vurğulayan Tramp əlavə edib ki, indi Əfqanıstan dünyanın ən çox silah satan ölkələrindən birinə çevrilib: “Bizim axmaqcasına qoyub getdiyimiz silahları satırlar. Geridə 85 milyard dollarlıq yeni tanklar, təyyarələr və hətta durbinlər qoyduq. Gecəgörmə qabiliyyəti olmadığı üçün gecə döyüşə bilmirdilər. İndi döyüşə bilərlər. Buna inanmaq mümkün deyil. Bu adamlar bizim məmləkətimizin başına belə bir şey gəlməsinə imkan verən axmaqlardır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər